Yaradıcılıq dedikdə ağlınıza nə gəlir?


Bir çoxunuzun ağlına yalnız rəssam, yazıçı, musiqiçi, heykəltəraşlara və sənətlə məşğul olan insanlara xas olan bir istedad və ya xüsusiyyət gəlir. Lakin həqiqət belə deyil. Əslində, bir çox araşdırmalar göstərir ki, yaradıcılıq öyrənilə bilən bir bacarıqdır. Və inkişaf etdirmək istədiyiniz hər hansı bacarığınız olduğu kimi, yaradıcılıq bacarığınızı da düzgün təcrübə ilə zamanla daha yaxşılaşdıra bilərsiniz. Dizayna başlayanda tərəddüdlü olmuşam və axtarış zamanı istədiyim  ideyanı tapmayanda təşvişə düşdüyüm hallar olub. Saatlar ayıraraq, öyrənərək, sənətimi təkmilləşdirərək və inkişaf etdirərək gördüyüm işdə yaxşı olmağa çalışıram. Yaxşı nəticə əldə etmək üçün əvvəlcə təcrübədən keçirməli və qeyri-mükəmməl işlər görməlisiniz. Heç vaxt təslim olmayın və ya sizin üçün "çox gec" olduğunu düşünüb məyus olmayın. Öz üslubunu tapmaq üçün onilliklər çəkmiş və ya çox gec inkişaf etdirmiş uğurlu yaradıcıların tərcümeyi-hallarını oxusaz, görəcəksiniz ki, unikal yaradıcı üslubunuzu dərhal tapa bilməməyiniz normal haldır. Sizə məxsus stilinizi tapmaq bir neçə il, uzun illər çəkə bilər. Özünüzü nəyəsə məcbur edib onun üzərinə getmək yaxşı olsa da, prosesdən həzz almağı da unutmayın!


Image Caption


Bəs yaradıcı olmaq və unikal üslubumuzu yaratmaq üçün nə edək? 


Bir dizayner olaraq sizi digərlərindən fəqləndirən və əmək bazarında arzuolunan edən əsas amillərdən biri də yaradıcı olmanızdır. Yaradıcı üslubunuz sizin şəxsiyyətinizi, xatirə və təcrübənizin, həmçinin ilham mənbəyinizin qarışığını əks etdirir. Sizinlə yaradıcı üslubunuzu, stilinizi əks etdirməyə kömək edəcək altı addım bölüşəcəyəm:


Birinci addım:


Təkcə öz sahənizdən deyil, müxtəlif yaradıcılıq sahələrindən ilhamlana bilərsiniz. Filmə, musiqiyə, incəsənətə, fotoqrafiyaya, modaya, yazıya, dizayna və s. baxın. Gözəl hesab etdiyiniz və ya sizdə yüksək emosiya doğuran əşyaları toplayın və ya şəklini çəkin. Vaxt keçdikcə həmin əşyalardakı nümunələri və mövzuları görəcəksiniz. Bu nümunələrdə sizi cəlb edən duyğulara, təcrübələrə və üslublara dair ipuçları var və bunların hamısını öz unikal yaradıcılığınızı inkişaf etdirmək üçün istifadə edə bilərsiniz. Mən bu ilhamların qeydlərini ya rəqəmsal olaraq (Pinterest, Milanote, Figma, Behance kimi platformalarda moodboard (ilham lövhəsi) yarada bilərsiniz), ya da fiziki albom/gündəlik kimi saxlamağı tövsiyə edirəm.



İkinci addım:


Yaradıcı sahənizin tarixini, eləcə də, indiki müasir səhnəni yaxşı başa düşmək və araşdırmaq unikal üslubunuzu inkişaf etdirərkən onun kontekstini başa düşməyinizə kömək edəcək. Bu, hazırladığınız şeyin kifayət qədər unikal olub-olmadığını, keçmiş və ya hazırkı yaradıcı işlərə çox istinad edib-etmədiyini mühakimə etməyə kömək edəcək. Sizdən əvvəl gələnlər və öz sahənizdə sizə ən çox ilham verənlər haqqında bacardığınız qədər çox öyrənməyi tövsiyə edirəm. Onların fəlsəfələri, iş üslubları və öz mentorlarının kimlər olduğunu öyrənin. Tələbə kimi texnika, forma və kompozisiyanın əsaslarını öyrənmək üçün sahənizdə ən kreativ insanların üslublarını kopyalamaq yaxşıdır. Bir halda ki, onu kommersiya məqsədilə istifadə etməcəyək və müəllif hüquqlarını danmayacaqsınız, təkrarlamaq öyrənmək üçün ən yaxşı yoldur.



Üçüncü addım:


Müxtəlif üslub və texnikalarla təcrübə etməyə vaxt ayırın. İşlərinizdə yeni alətlər və materialları yoxlayın. Əvvəllər heç vaxt istifadə etmədiyiniz qeyri-ənənəvi texnika və ya üsullardan istifadə edin. Kitabın üz qabığını yalnız çiçəklər və budaqlar kimi təbiətdə tapdığınız vasitələrlə dizayn etməyə çalışsanız nə olar? Ölçülü formaların əsasını yaratmaq üçün 3D proqram təminatından istifadə etməyə çalışsanız, lakin sonra onların üzərinə fotoşop proqramında yazılar yazıb, müəyyən düzəlişlər etsəniz necə görünər? Yalnız yapışqan lentdən istifadə edərək və üzərinə yazı yazaraq kitab səhifəsi yaratsaz necə olar?


Məyusluq və ya uğursuzluq qorxusu olmadan qəribə şeyləri sınamaq üçün özünüzə vaxt və məkan yaradın. Yaxşı bir yerə çatmazdan əvvəl çox pis iş görməlisən. Bu təcrübə prosesinin bir yerində yenilik kəşf edəcəksiniz. Ən çox hansı üslub və mühitlərlə işləməyi xoşladığınızı və estetik baxımdan hansı nəticələrə meyl etdiyinizi kəşf edəcəksiniz.

Teqlər