XX əsr bəşər tarixinə istər texnoloji, istərsə də siyasi baxımdan yenilikləri ilə dərin iz qoymuşdur. Bu yeniliklər isə fəaliyyətin hər sahəsində olduğu kimi incəsənətdə də özünü göstərmişdir. Sənayeləşmə və yeni innovativ avadanlıqların yaranması ilə incəsənətin bir çox sahəsi də bu yeni dövrə uyğunlaşmağa başlamışdır. Hətta, bir sıra yeni axım və cərəyanların yaranması da məhz bu dövrə təsadüf edir.


“Kinetik İncəsənət” anlayışı qeyd edilən yeniliklərin nəticəsində meydana gəlmiş bir incəsənət formasıdır.

“Kinetik İncəsənət” anlayışı yunan sözü olan “kinesis” sözündən götürülüb, “hərəkət” deməkdir. O,  izləyicinin təxəyyülü və yanaşması ilə qavranılan və yaxud məna və təsirinin çatdırılması üçün hərəkətdən istifadə edilən bir sənət növüdür. Kinetik art nümunələri dolayısı və ya birbaşa yolla izləyicidə əsərin hərəkətdə olduğu təəssüratını yaradır və bu hərəkət də izləyicinin öz dünyagürüşü və daxili dünyası ilə birləşərək verəcəyi mesajı çatdırmış olur.

Bu cərəyan, kinetik sənətin qabaqcıllarından olan Naum Qabonun 1919-20-ci illərdəki “Daimi Dalğa”sında olduğu kimi, ya motorlar tərəfindən mexaniki olaraq yaradılan və ya havada asılı olan və sərbəst hava axınları vasitəsi ilə hərəkət edə bilən vasitələrin birləşməsindən yaranan əsərlərə üstünlük verir.


1920-1960-cı illərdə kinetik incəsənət sahəsində bir çox eksperimentlər aparılırdı və qeyd edilən dövrdə bu sahənin ən öndə gedən adı isə Aleksandr Kalder idi. 1941-ci ildə o, hava axınları nəticəsində təbii olaraq yaradılmış hərəkəti əks etdirən məşhur "Ləçəklərin qövsü" əsərini yaratmışdır.

Kinetik incəsənət 1950-ci illərin sonu və 1960-cı illərdə məşhurlaşmağa başlamışdır. 1960-cı illərdə Bricit Rayli və Viktor Vasareli kimi rəssamlar statik, yəni hərəkətsiz kanvas üzərində yaratdıqları, lakin ümumi quruluş səbəbi ilə insanda hərəkət təəssüratı yaradan əsərlər hazırlayaraq bu cərəyanın məşhurlaşmasında böyük rol oynamışlar.

Kinetzmə aid edilən nümunələri 5 əsas qrupda ümummiləşdirmək olar:

1.Optik illüziyadan istifadə edilərək optik illuziya və hərəkət yaradan şəkillər.

Statik olan, lakin geometrik və digər formaların köməyi ilə optik illuziya yaradılaraq hərəkət hissi verən əsərlər bura aiddir. Viktor Vasareli bu axımın ən tanınmış şəxslərindən biridir. Nyu York isə günümüzdə Kinetik İncəsənətin bu növünün mərkəzi sayılır.


  1. İzləyicinin məkan içərisində yerini dəyişməsi ilə forma alan nümunələr.

Ellissitskinin Hannoverdə 1928-ci ildə hazırladığı və Abstrakt Qalereyada sərgilənən əsəri bu qrupun ilk bilinən nümunəsidir. Bu axım, 1950-ci illərdən başlayaraq Venesueladan olan rəssam Soto və digərləri tərəfindən geniş miqyasda istifadə edilməyə başlanmışdır.


  1. İşıqlardan istifadə edərək yaradılan əsərlər.

Bu qrupa daxil olan nümunələr işıqların müəyyən ardıcıllıqla yandırılması ilə vahid forma alan əsərlərdir. Bauhausun üzvü olan və konstruktivizmdən təsirlənən Laslo Maholi-Laqu (1895-1946) işıq kinetik sənətinin atalarından biri kimi qəbul edilə bilər.

Teqlər