Kaliqram

 mətnin mövzusunun vizual təsvirini yaradan formada düzülmüş şeir, ifadə və ya sözdür. Kaliqram sözü Pikasso, Russo kimi rəssamların dostu, eyni zamanda sürrealizm termininin yaradıcısı və Mona Lizanı oğurlamaqda şübhəli bilinən fransız şairi Giyom Apollinerin adı ilə bağlıdır. Giyom Apolliner bütün sənət növlərinə maraq duyurdu. Çox vaxt dardüşüncəli bir ictimaiyyətin qarşısında bir çox gənc rəssamı müdafiə edirdi. O, mətn və təsvirləri özündə birləşdirən şeirlər yazdı və beləliklə, poeziyaya mühüm töhfəsi olan kaliqram terminini ortaya çıxartdı. Bu metoddan Apollinaire dövründə insanları psixoloji cəhətdən gücləndirmək və müharibəyə qarşı təşviq etmək üçün kifayət qədər tez-tez istifadə olunurdu. Giyom “calligraphy” (xəttatlıq) və “ideogramma” anlayışlarını birləşdirərək bu sözü icad etmişdir. Məhz bu səbəbdən kaliqram “gözəl yazı” kimi tərcümə edilə bilər.'

Duşamp müxtəlif ehtiyaclar üçün hazırlanmış fabrik məhsullarını fərqli materiallarlabirləşdirdi. Bunun nəticəsində əsl məhsulun ənənəvi reallığını pozdu.

Frensis Pikeybia

PAYLAŞ 


Slider

Bu terminin Giyom tərəfindən işlənməsinə baxmayaraq, bir sənət olaraq kaliqram

 çox uzun müddət əvvəl qədim İsgəndəriyyədə meydana çıxdı. Yumurta, balta və qurbangah şəklində işləri ilə tanınan yunanların - Simmias, Dosiads və Defokritin adları ilə bağlıdır.

Qeyd etmək istərdim ki, bu sənət növü İslam dünyasında hörmətlə qarşılanır.

İslamda ilahiliyi vizual şəkildə təmsil etmək qadağandır, buna görə də dini, müqəddəs mətnlərin yazılmasına və ötürülməsinə cavabdeh olan insanlar kitabları və əlyazmaları bəzəmək üçün alternativ bir üsul olaraq kaliqramları tapdılar.

Slider