Doodle art

[dudl art] ingilis dilindən doodle - "qaralama", çoxlu sayda sadə forma və xətlərin sıx təsvirlərinə əsaslanan illüstrasiya üslubudur. Doodle art üslubu üçün “karikaturaçılıq” və irrasionallıq səciyyəvidir.

Bu janr yeni başlayanlar üçün əladır, çünki yüksək səviyyəli rəssamlıq bacarığı tələb etmir, vacib olan tək şey sizin təsəvvürünüzdür. Doodle art üslubunda obyektlər bir-birinə o qədər yaxın yerləşir ki, ilk baxışdan nəyin nə olduğunu başa düşmək çətindir. Ancaq bütün məqsəd buradadır: doodle illüstrasiyaya baxdıqca onu incələməyə çalışırıq. Adətən doodle eyni qalınlıqdakı xətlərlə çəkilir, nəticədə səthi - 2D görüntü yaranır . Əsərin ideyası arxa və ön plandan ibarət olsa da, rəssam qəsdən qaydalara məhəl qoymur və obyektləri eyni müstəvidə yerləşdirir.


Doodle art üslubun bir neçə texnikası müvcuddur, bunlardan biri Abstrakt doodle adlanır. Təsəvvürünüzə azadlıq verin! Qoy əliniz özü bir-birindən fərqli mücərrəd formalar çəksin. Bu texnika  rahatlamağa, narahatlığı aradan qaldırmağa və stress səviyyələrini azaltmağa kömək edir.Qeyri-adi qaralamalar müxtəlif formalarda ola bilər. Bu, həm də təxəyyülün inkişafına kömək edir, çünki bu prosesdə bir personajın yaradılmasına ilham verəcək siluet və ya ləkə əldə edə bilərsiniz.



İllüstrasiya müəllifi Viktoriya Crichton



Personajlı doodle art

Müxtəlif heyvanların qarışığının necə görünəcəyini və ya yadplanetlilərin görünüşünü heç təsəvvür etmisinizmi? Bəs belə personajlardan bütöv bir dünya yaratsanız? Təsəvvürünüzdən bütün məhdudiyyətləri götürüb, rasionallığı unudub, sadəcə yaratmaq- Personajlı doodle art’ın bütün mahiyyəti budur. Yeri gəlmişkən, personaj yaratmaq olduqca populyar və tələb olunan bacarıqdır, çünki bir çox şirkətin özünün identifik "talismanı" var, beləliklə, bir fantaziya eskizi yaxşı bir sifarişə çevrilə bilər**.**



İllüstrasiya müəllifi thearsana

Doodle-lettering

Doodle-lettering istiqaməti özündə ən parlaq iki tendensiyanı birləşdirir,  burada əsas diqqət sözə verilir və hər bir hərf ətrafındakı illüstrasiyalar sayəsində xüsusi məna ilə doldurulur, bu isə öz növbəsində rəssamın ideyasını açır. Bu texnikadan istifadə edərək loqolar və ya ilhamverici posterlər, plakatlar və afişalar çəkə bilərsiniz.



Müasir dizaynda Doodle art üslubu  pattern kimi geniş istifadə olunur, çünki çox sayda müxtəlif formalı fiqurların sıx şəkildə çəkilməsi, dizaynda müəyyən boşluğu doldurmağa, brend üçün unikal illustrativ obrazlar yaratmağa kömək edir. Doodle art üslubuna hər yerdə müraciət etmək olar, lakin qrafik planşetdə, gel qələm ve ya karandaş ilə ağ vərəg üzərində, bu üslubu yaratmaq mümkündür.


Doodle art nümunələri



Teqlər