20-ci əsrin ən qabaqcıl qrafik dizayneri deyəndə ilk ağlımıza Saul Bass gəlməlidir. O, qırx illik yaradıcılıq həyatında dizayna gətirdiyi yenilikləri ilə hələdə yaddaşlarda qalmağa davam edir.

Saul Bass 1920-ci ildə Nyu-Yorkda anadan olub, ilk təhsilini də burada Ceyms Morno məktəbində alıb. O, təhsilini davam etdirmək üçün Los-Ancelesə köçüb. Bass yaradıcılıq fəaliyyətinə məhz burada başlayıb. Təhsilini başa vurduqdan sonra o, məşhur Warner Bros da daxil olmaqla bir sıra reklam şirkətləri və agentliklərində çalışmışdı. 1940-cı illərdə o, tanıtım məqsədi üçün çap işlərini əhatə edən bəzi Hollivud layihələrini həyata keçirdi.

Bu yüksək məhsuldarlıqla o, 1952-ci ildə Saul Bass & Associates şirkətinin yaradılmasına səbəb oldu. Bass bir çox dizayn konfranslarında tez-tez iştirak edirdi. Onun əsas ilham qaynağlarının  — İncəsənət və Sənətkarlıq, Bauhaus hərəkatlarının ideyalarının hər cəhətdən ətraf mühiti və cəmiyyəti necə təkmilləşdirə və dəyişdirə biləcəyi haqqında danışıb.

Bass həmçinin Şimali Amerikanın ən məşhur korporativ loqolarından bəzilərini, o cümlədən 1969-cu ildə orijinal AT&T “bell” loqotipini, 1983-cü ildə onların sonrakı “qlobus” loqosunu hazırlayıb. O, həmçinin Continental Airlines-ın 1968-ci ildə “jetstream” loqosu və United Hava yollarının 1974-cü il "lalə" loqosu, dövrün ən tanınmış loqolarından birinə çevrildi.


50-ci illərin ortalarına doğru Bass  yaradıcılıq aclığını korporativ loqolardan və reklam layihələrindən daha yaxşı təmin edə biləcək forma axtarırdı və bunun cavabını film istehsalında uğurla tapdı. Onun  film sahəsi üzrə karyerası 1954-cü ildə Otto Premingerin “Carmen Jones” filminin posterini tərtib etmək başladı. Bass saysız hesabsız filmlər və tanınmış  rejissorlar üçün başlıqlar, posterlər və reklam kampaniyaları yaratdı.

Bassa məşhurluq gətirən layihəsi "Qızıl qollu adam" filmilə böyük səsə səbəb oldu. Filmin mövzusuda caz musiqiçisinin  o dövrdə çox  yayılan narkotik asılılığına qalib gəlmək uğrunda mubarizəsindən bəhs olunurdu. O, dominant obraz kimi  insan əlini seçmişdir. Başlıqlarda heroin aludəçisinin qara kağızdan kəsilmiş qolu əks olunub. Bass gözlədiyi kimi bu, kifayət qədər sensasiyaya səbəb oldu.


Beləki  filmdə baş rolda Frank Sinatra çəkilmiş və bu asılılığı  aradan qaldırmağa çalışan bir caz sənətçisini canlandırır. Bass bu film üçün innovativ poster və film musiqisi yaratdı. O,narkomanlığının güclü göstəricisi kimi qara rəngli “Əl” siluetini çəkdi. Eyni obrazı bu dəfə qara fonda ağ qol kimi göstərərək filmin musiqisinə daşıyan Bass, film musiqisinə yeni bir perspektiv gətirdi.

Teqlər